Sevil NURİYEVA İSMAYILOV,
Star.com.tr
İçərisində olduğumuz mərhələnin reallıqlarını, gerçəkləri, dünyanın gəldiyi nöqtəni anlamaq sanki bir müddət sonra gündəmimizə gələcək.
Dünyanın və sistemlərin məzmunundakı boşluqları, sivilizasiyaların işin içindən hansı reflekslə çıxacağını daha aydın görəcəyik.
Lakin açıq şəkildə anladığımız Avropadakı birlik ruhunun bizə yansıdıldığı kimi olmaması həqiqətinin üzə çıxmasıdır.
Sərhədlərini bir-birlərinə açan və öz dəyərləri daxilində standartlar müəyyənləşdirən Avropanın dəyər anlayışını, qonşusunun üz maskası tələbinə “yox” cavabı verən Avropa reallığını görürük!
Bəziləri deyə bilər ki, hər kəs öz canının hayındaykən niyə yardım etməlidir? Onsuz da Avropadakı dövlətlər İtaliyanın yalvarışına eyni cavabı veriblər. Lakin anlamalı olduğumuz məqam budur – yuxarıdan baxanların, özünü üst mədəniyyət hesab edənlərin gəldiyi nöqtə çıxışlarındakı bəşəri dəyərlər sistemi deyil.
Çünki dəyərlər sistemi süni formalaşmır. O, dərin və insan mərkəzli bir sivilizasiya yaradır. Bizə təqdim olunanlarla həqiqət arasındakı fərqi görmək çətin olmur.
Düzdür, hücum zamanı hər kəsə qapını bağlamaq ən düzgün qərardır. İnsanın özünü təcrid etməsi prosesin müsbət nəticələnməsini tətikləyən və bunun üçün zəmin yaradan ən vacib şərtdir. Lakin burada əsas məsələ öz qonşusuna, öz birliyinin və öz mədəniyyətinin bir hissəsi olana “yox” deməkdir!
Bir virus bizə hər kəsin bu cür hücumlara nə qədər hazır olduğunu göstərdi. Böyük orduları, inkişaf edən iqtisadiyyatları bu prosesdən az zərərlə çıxmalarına kömək edə bilər və şübhəsiz ki, edəcəkdir də. Lakin başa düşdüyümüz əsas məqam “sivilizasiya” qavrayışının hansı əsaslara söykənərək formalaşmasıdır.
Avropanın, hətta Amerikanın bu virusa gec baş qoşmaları böyük təkəbbürün göstəricisidir. O qədər “bizə heç nə olmayacaq” deyə düşündülər ki, indi də saraylarına qədər uzanan virusun bədəlini acı şəkildə ödəyirlər.
Britaniya baş nazirinin yoluxmuş xəstələrli ziyarət edərək, onlarla əl verib görüşməsi, üstəlik virusu lağa qoyurmuş kimi “əl sıxıb görüşməyə davam edin” deməsi onların nə qədər özlərindən razı və təkəbbürlü olmalarının göstəricisi deyilmi? Görəsən, cahillik də ola bilərmi? Halbuki çox kamil və hər şeyə sahib olduqlarını düşünürdülər. Nəticə nə oldu? Britaniya Baş naziri də xəstəliyə tutuldu. Demək ki, təkəbbür bəşər övladının ən böyük faciəsidir.
Bu mərhələ şübhəsiz ki, dövlətlərin tədbirləri, insanların özlərini təcrid etmələri, ilahi qüdrətin iradəsi ilə başa çatacaq. Lakin önümüzdəki dönəmlərdə bu cür virus savaşlarının daha çox olacağını düşünənlərdənəm. Məhz buna görə də irəliyə baxmalıyıq. Qlobal ittifaqlar üzərindəki klublar və gizli təşkilatlarla bağlı ən xırda detalları da nəzərə almalıyıq.
Bizə dünyanın sahibi olduqlarını təlqin edənlərə, müharibələri, torpaqları və silahları istədiklərinə verib, istədiklərindən alanlara, müharibəni sanki uşaq oyunu sayanlara bir şey izah olunur – mülk sahibi Allahdır…
Tərcümə Strateq.az-ındır
Mətnin orijinalı bu linkdə: https://www.star.com.tr/yazar/