XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 13:24

Dərslər 15 sentyabradək təxirə salınacaq? –Təhsil Nazirliyi yayılan xəbərlərə aydınlıq gətirdi

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”. /APA