XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 13:34

Fazil Mustafanın partiyasından koronavirusla mübarizəyə dəstək:Fonda 2 min manat vəsait köçürüldü
Bu gün Böyük Quruluş Partiyası Koronavirusla Mübarizə Fonduna 2 min manat vəsait köçürüb.
Strateq.az xəbər verir ki, bu barədə  Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa öz açıqlamasında bildirib:
“Bu gün Böyük Quruluş Partiyasının rəhbərliyi və sıravi üzvləri topladıqları ianə ilə partiyamız adından Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizə Fonduna 2000 AZN məbləğində vəsait köçürdük. Allah dövlətimizi və millətimizi qorusun, irəlidə də imkanımız çatan səviyyədə bu fonda və ayrılıqda ehtiyacı olan vətəndaşlarımıza dəstəyimizi davam etdirəcəyik”.