XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 14:37

“Qüds” qüvvələrinin yeni komandanı öldürülüb? –İddia

Səudiyyə Ərəbistanına bağlı “Iran International” nəşri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani və digər İran hərbçisi olan Əmir Purdestanın öldürülməsi xəbərini yayıb.

Strateq.az “Təsnim”-ə istinadla xəbər verir ki, “Iran Internatinal” İsrailin Suriyadakı son hava hücumu əməliyyatları zamanı hər iki şəxsin həlak olduğunu iddia edib. Xəbər qısa zamanda bütün sosial şəbəkələri dolaşıb.

Eyni zamanda, Rusiyaya bağlı “RT” kanalı martın 31-də “Qüds” qüvvələrinin komandanı general Qaaninin gizli şəkildə İraqın paytaxtı Bağdada səfər etdiyi barədə məlumat verib.

Onun Bağdadda bir sıra İraq rəsmiləri ilə görüşdüyü bildirilib.

İranlı hərbi müxbir Hüseyn Dəlirian öz “Twitter” hesabında Əmir Purdestanın öldürülməsini təkzib edib: “Bir neçə dəqiqə əvvəl Ordu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əmir Purdestanla telefonla danışdım. O, hazırda İrandadır və Suriyadaı şəhid olması ilə bağlı xəbərlər yalandır”, – deyə Dəlirian tvit atıb.