XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 10:40

ABŞ kəşfiyyatı:"Çin koronavirusun yayılma miqyasını gizlədib"

Çin koronavirusun ölkədə yayılma miqyasını gizlədib və nəinki xəstələrin, həm də ölənlərin sayını da süni formada azaldıb.

“Bloomberg” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının Ağ Ev üçün hazırlanmış gizli hesabatında bildirilib.

Nəşrə hesabat barədə məlumat verən mənbələr sənədin detalını açıqlamaqdan yayınıblar. Onların sözlərinə görə, Çinin statistikasının reallıqla bir bağlantısı yoxdur. Mənbələr qeyd ediblər ki, Çinin rəqəmləri ümumiyyətlə saxtadır.

Mənbələrdən birinin açıqlamasına görə, Ağ Ev rəsmiləri bu hesabatla ötən həftə tanış olublar.

Dünən ABŞ-ın vitse-prezidenti Mayk Pens də CNN-in efirində Çini problemin miqyasını gizlətməkdə və zəif məlumat mübadiləsində ittiham edib.

“Gerçəklik belədir ki, Çin daha ürəyiaçıq olsaydı, biz daha yaxşı durumda ola bilərdik”, – o, vurğulayıb/Report.