XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 16:39

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparanlarla bağlı statistika açıqlandı –Hesabat

Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində 2019-cu ildə aparılan tədbirlər nəticəsində müqabil dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda 15 nəfər (12 Azərbaycan Respublikası, 1 Rusiya Federasiyası, 1 İran İslam Respublikası, 1 Gürcüstan vətəndaşı) və əməkdaşlığa cəlb edilmiş 1 nəfər (Azərbaycan Respublikası vətəndaşı) barədə məlumatlar əldə olunub, onlardan 6 nəfər barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

İl ərzində 26 Azərbaycan vətəndaşının müxtəlif səbəblərdən İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində saxlanaraq həbs olunmaları barədə məlumatlar əldə edilib.

Onların saxlanma səbəbləri araşdırılıb, qayıdışdan sonra müvafiq filtrasiya tədbirləri həyata keçirilərək toplanılmış materillar aidiyyəti üzrə göndərilib.

Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib.