XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 20:42

Tramp Səudiyyə şahzadəsi ilə danışıb- Neft ixracını müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi ilə neft ixracının azaldılmasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp “Tvitter” hesabında bildirib.

“İndicə dostum, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdım, o da Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Mən gözləyirəm və ümid edirəm ki, onlar neft ixracını təqribən 10 milyon barel azaldacaqlar və bu rəqəm daha sonra daha da artacaq. Bu addım neft və qaz sənayesi üçün çox səmərəli olacaq. Bu rəqəm 15 milyon barelə qədər yüksələ bilər. Bu hər kəs üçün böyük bir xəbərdir”, – ABŞ Prezidenti qeyd edib.