XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2016 - 13:04

Hökumətdən növbəti qərar –Reklamlarla bağlı yeni qadağa qüvvəyə mindi

nazirler-kabineti

 

Azərbaycanda zərərli təsir göstərə bilən reklamın bağça və ümumi təhsil müəssisələrindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

Strateq.az apa.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti “Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edib.

Qərara əsasən reklamlarla bağlı yeni qadağa müəyyən edilib. 

Başqa sözlə, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.