XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 14:54

“Türkiyə təyyarəmizi qanunsuz saxlayıb” –İspaniya XİN

İspaniya Xarici İşlər Nazirliyi Çindən satın aldıqları süni tənəffüs cihazları daşıyan yük təyyarəsinin Türkiyədə saxlanılmasını tənqid edib.

Strateq.az “El Mundo”-yə istinadla xəbər verir ki, ötən şənbə günü 150 süni respirator daşıyan təyyarə Ankaradakı Esenboğa hava limanına enib. Bundan sonra Türkiyə səlahiyyətliləri təyyarənin uçuşuna icazə verməyib.

İspaniyanın xarici işlər naziri Arança Qonzales media üçün şərhində Türkiyənin öz ərazisindəki səhiyyə sisteminin ehtiyaclarını nəzərə alaraq, tibbi cihaz ixracatına məhdudiyyətlər tətbiq etdiyini bildirib.

Təyyarənin gömrük nəzarəti ilə əlaqədar olaraq bürokratik səbəblərə görə saxlanıldığı bildirilir.

Nəfəs alma qurğularına 3 milyon avro ödənilib.

Cihazlar koronavirus epidemiyasından ən çox təsirlənən İspaniyanın üçüncü bölgəsi olan Kastilya-La Mançanın yerli rəhbərliyi tərəfindən satın alınıb.