XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 20:43

Gün ərzində bilərəkdən SMS göndərən şəxslər cəzalandırıla bilərlər- Açıqlama

“Vətəndaşlar xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki, sistem intellektualdır”.

“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, sistem daxil olan müraciətləri araşdırıb və bunların təhlilini aparacaq:

“Kimlərsə bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərərsə, sistem artıq onu təhlil edib, araşdıracaq. Daha sonra polisə xəbərdarlıq edə biləcək. Bunun da bir cəzası mövcuddur. Yəni vətəndaşlarımız bilməlidirlər ki, bu sistemdən zərurət olduqda istifadə etmək lazımdır. Belə bir vaxtda məsuliyyətli olmaq lazımdır”.