Türkiyədə son bir gündə 76 nəfər koronavirusdan ölüb, daha 3013 nəfər isə virusa yoluxub.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama yayıb.
O bildirib ki, indiyə kimi ölkədə 501 nəfər koronavirusdan ölüb: “Koronavirusa yoluxanların ümumi sayı isə 23934 nəfərə çatıb. Onlardan 1311 nəfərin vəziyyəti ağırdır”.
Nazir bildirib ki, bu gün kimi 786 xəstə də virusdan sağalıb.