XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 18:40

“Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub” –DYP

Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki,  Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

“Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb”.