XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 21:28

Türkiyədə bir gündə 3135 nəfər virusa yoluxub –Daha 73 insan isə ölüb

Türkiyədə son bir sutka ərzində koronavirusdan daha 73 nəfər ölüb.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca  məlumat verib.

Nazir bildirib ki, bu gün daha 20065 nəfər testdən keçirilib: “Onlardan 3135 nəfərində yeni yoluxma aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 27069 nəfərə çatıb.  Bu gün, eyni zamanda, biz daha 73 nəfəri itirdik. Bununla da ölənlərin ümumi sayı 574 nəfər oldu”.

Nazir qeyd edib ki, bu gün daha 256 nəfər virusdan sağalıb.