XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 00:07

Dövlət Agentliyindən SMS müraciətlərində yaranan gecikmələrlə bağlı –Açıqlama

“SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər. Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər yarana bilər”.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur.

 Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə, vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar”, – deyə açıqlamada qeyd edilir.