XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 17:11

Rayon xəstəxanalarında koronavirusla bağlı həkimlər üçün təlimlərə başlanılıb –TƏBİB

Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində regionlarda yerləşən Rayon Mərkəzi Xəstəxanalarının həkimləri üçün təlimlərə start verilib.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə,  aprelin 5-də Masallıda reanimatoloq, pulmonoloq, infeksionist və epidemioloqlardan ibarət qrupun koronavirusla mübarizəyə ayrılmış xüsusi xəstəxananın tibb personalı ilə nəzəri və praktik təlimləri baş tutub.

Təlimlər digər region xəstəxanalarında da davam etdiriləcək.