XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 20:47

Bolqarıstanın Baş naziri:"Mən öz ölkəmi morqa çevirəcək dövlət adamı olmayacağam"

Bolqarıstanda koronavirusa yoluxanların sayı 522-yə çatıb.

Bu barədə Bolqarıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada ölkədə virusdan ölənlərin sayı 18 nəfər artaraq 37-yə çatıb.

Məlumata görə, Bolqarıstanda fövqəladə vəziyyət rejimi mayın 13-dək uzadılıb.

Bolqarıstanın baş naziri Boyko Borisov Böyük Britaniyanın virusa yoluxaraq hazırda reanimasiyada olan baş naziri Boris Consonun vəziyyətini nümunə göstərib: “Britaniyanın baş naziri xəstəxanada can verir. Ona görə də mənim qabaqlayıcı tədbirləri yumşaldacağımı gözləməyin. Mən öz ölkəmi morqa çevirəcək dövlət adamı olmayacağam”.

Xatırladaq ki, Balkan ölkələrində (Rumıniya, Yunanıstan, Serbiya) koronavirusdan 392 nəfər ölüb/Report.