XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 14:31

ÜST-ün 10 əməkdaşında koronavirus aşkarlanıb –Açıqlama

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 əməkdaşında koronavirus aşkarlanıb”.

Bunu qurumun sözçüsü Kristian Lindmeyer deyib.

O bildirib ki, son rəqəmləri tam dəqiq bilməsə də, yoluxanların sayı təxminən bu qədərdir: “ÜST-nin binasını bağlamadan əvvəlki rəqəm budur. Çünki Cenevrədəki baş ofisdə 1 500 nəfər işləyir. Ancaq çox sayda yoluxma faktı yoxdur. Təsdiq olunan faktların yarısı da evdən işləyəndən sonra ortaya çıxıb”.

ÜST rəsmisi vurğulayıb ki, koronavirusa yoluxan əməkdaşlardan vəziyyətinin pis olması barədə məlumat almayıb: “Onların hamısı sağalmağa doğru gedir”./Report