XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 18:45

TƏBİB sədri:"Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir"

“Bir çox pasiyentlər gec müraciət etdiklərindən xəstəxanaya ağırlaşma formasında gəlirlər”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özünü evdə müalicəyə cəhd halları olur: “Vətəndaşlar hesab edir ki, təcili yardıma zəng edən kimi onları aparacaqlar. Bu əsla belə deyil. Çalışmaq lazımdır ki, virusun simptomları hiss ediləndə həkimə vaxtında müraciət edilsin”.

TƏBİB sədri qeyd edib ki, son günlərin simptomatik diaqnozlu müraciətlərin məzmunu qriplə əlaqəli olub/Report.