XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 09:17

“İnter Glass”in prezidenti Fariz Muradov dələduzluqda ittiham olunur –Açıqlama

fariz muradov.jpg

“İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun nədə ittiham olunduğu müəyyənləşib.

Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, F. Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. ötən gün Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında F. Muradov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org saytı isə yazıb ki, “İnter Glass” şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur.

“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb.

“İnter Glass” şirkəti Gürcüstanda da zavod açıb. 2012-ci ildə Fariz Muradov Gürcüstanın Xaşuri rayonunda (Şida Kartl regionu) o vaxtkı prezidenti Mixail Saakaşvili ilə birlikdə şüşə tara zavodunun təməlqoyma mərasimini keçirib.

Zavodun tikintisi layihəsini həyata keçirmək üçün Gürcüstanda “İnter Glass Georgia” şirkəti təsis edilib. Şirkətin payçıları “İnter Glass Azerbaijan” (60 faiz) və Gürcüstan Qaz Nəqli Şirkətidir (40 faiz). Layihənin dəyəri 18 milyon dollardır.

Oliqarxın həmçinin Qırğızıstanda şüşə tara zavodu var, zavod 2012-ci ildə fəaliyyətə başlayıb.

2009-cu ildə “İnter Glass” Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. Onun törəmə müəssisəsi olan “Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb.