XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 23:59

Azərbaycanda koronavirusla bağlı son vəziyyət:56667 nəfər testdən keçirilib - Statistika

Bu gün Azərbaycanda koronavirusla bağlı test olunanların sayı 3656 olub.

Strateq.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda görə, ümumi test olunanların sayı 56.667-dir.

Həmçinin, bu gün ölkədə koronavirusa yoluxanların sayı 104 olub, 1 nəfər vəfat edib.

Ümumi sağalan xəstələrin sayı isə 101 nəfərdir. Hazırda aktiv virus xəstələrinin sayı 816-dır, onlardan 5-i reanimasiyadadır. Süni tənəffüs cihazında olan xəstə sayı 3-dür.

Qeyd edək ki, ölkədə ümumi yoluxma faktının sayı 926, ölüm sayı isə 9-dur.