XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 20:36

Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb – BNA

Bakı Nəqliyyat Agentliyinə məxsus “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin aprelin 1-9-da paytaxtın 43 küçə və prospektində apardığı araşdırmalara əsasən, nəqliyyat vasitələrinin axını əvvəlki vaxtlarla müqayisədə təxminən 30% azalıb. 

Bunu Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Bununla belə, onun sözlərinə görə, xarici ölkələrin şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyatın azalması azı 60-70% təşkil edir.

“Bakıda ən çox azalma aprelin 5-də, ən az azalma isə aprelin 1-də qeydə alınıb. Son iki gündə, yəni aprelin 8-9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur”, – M.Ağayev əlavə edib.