XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2016 - 21:28

Türkiyə üçün tarixi qərar- Avropa Birliyi razılıq verdi

Turkish Prime Minister Ahmet Davutoglu is welcomed by European Commission President Jean-Claude Juncker (L) and European Council President Donald Tusk (R) during an EU-Turkey summit in Brussels, as the bloc is looking to Ankara to help it curb the influx of refugees and migrants flowing into Europe, March 7, 2016.   REUTERS/Emmanuel Dunand/Pool

Avropa Birliyi-Türkiyə sammitində Ankara ilə bağlı tarixi qərar qəbul olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Şurasında keçirilən sammitdə Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə qərar verilib.

Qərar iyunun sonlarından etibarən qüvvəyə minəcək. Sammitdə qəbul edilən növbəti qərar suriyalı qaçqınlarla bağlı Ankaraya ayrılacaq maliyyə yardımıdır. Qərara görə, Türkiyə 2018-ci ilin sonuna qədər Avropa Birliyindən 3 milyard avro yardım alacaq. 

Almaniya kansleri Angela Merkel toplantıdan əvvəl miqrant böhranı ilə bağlı müzakirələrin gərgin keçəcəyini açıqlamışdı. Qanunsuz miqrant sayının azalmasını istədiklərini deyən Merkel əlavə etmişdi ki, bu məsələdə açar ölkə Türkiyədir.  

Bəzi Avropa Birliyi ölkələrinin təktərəfli qərarlar verdiyini deyən Merkel hesab edir ki, bu məsələ ilə bağlı ortaq  qərarlar verilməlidir.

Kansler onu da qeyd edib ki, AB ölkələrində sərbəst gəzmək imkanı verən Şengen sisteminin davamlılığı üçün xarici sərhədlərin təhlükəsizliyi təmin edilməlidir. Bu da ancaq Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində reallaşa bilər.

Sammitdən əvvəl açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu Ankaranın Avropa Birliyi ilə əməkdaşlığa və quruma üzvlüyə hazır olduğunu bildirmişdi.