XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 21:51

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub

tələbə imtahan

TQDK-dan  verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

Martın 7-dən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və həmin gün saat 19:40-dan etibarən nəticələr -nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 24110 bakalavr qeydiyyatdan keçib. Onlardan 1 695 nəfər imtahana gəlməyib, 4 nəfər qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. 10 nəfər bakalavr isə qaydalara zidd olaraq sual kitabçalarını imtahandan sonra özləri ilə apardığı üçün imtahan nəticələri araşdırılır.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub.