XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 10:55

Vətəndaşlarını ABŞ-dan geri çağırmaqdan imtina edən ölkələrə sanksiya tətbiq oluna bilər- Vaşinqtondan ultimatum

ABŞ Prezidenti Donald Tramp pandemiya şərtləri altında öz vətəndaşlarını bu ölkədən geri çağırmaqdan imtina edən və ya bu prosesi ləngidən ölkələrə qarşı vizaların velilməməsi ilə bağlı sanksiya tətbiqini nəzərdə tutan memorandum imzalayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, sənədin mətni cümə günü Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

“Pandemiya müddətində ABŞ-da olan vətəndaşlarını qəbul etməyən və ya öz vətəndaşlarının qəbulunu əsassız şəkildə gecikdirən ölkələr amerikalıların ictimai sağlamlığı üçün qəbulolunmaz təhlükə yaradır. Birləşmiş Ştatlar ölkə qanunlarını pozan xarici vətəndaşların geri qaytarılmasını təmin etmək imkanına malik olmalıdır”, – deyə sənəddə qeyd olunur.

Trampın təlimatlarına görə, ABŞın Daxili Təhlükəsizlik naziri bu ölkələrin siyahısını dövlət katibinə təqdim etməlidir, bundan sonra o, “siyahı əldə olunduqdan sonra 7 gündən gec olmayaraq viza sanksiyaları planını qəbul etməli və həyata keçirməlidir”.