XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2020 - 10:38

“Twitter”in işində nasazlıq yaranıb –“Downdetector” xidməti məlumat yaydı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (49%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 28% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb. İstifadəçilərin 22%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər. /Report