XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 00:49

Ərdoğanın qızı Sümeyya nişanlandı- FOTO

erdogan-damadi-671

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya nişanlanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan insansız hava təyyarələri istehsal edən «Baykar makina» şirkətinin sahibi Özdəmir Bayraktarla qohum olub.

Ö.Bayraktarın 36 yaşlı oğlu Selçuk Türkiyədə elektromühəndislik ixtisası üzrə ali təhsil alandan sonra ABŞ-a yollanıb.

Orada Pensilvaniya Universitetində insansız hava təyyarələri üzrə magistr təhsili alıb. Daha sonra Massachusetts Texnologiya İnstitutunda doktoranturanı oxuyub.

S.Bayraktar 11 ildir atasının şirkətində çalışır və orada sözügedən təyyarələri hazırlayan qrupa rəhbərlik edir. 

Bayraktar ailəsi tərəfindən də təsdiqlənən xəbər Türkiyədə sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

Şəbəkə istifadəçiləri bir kürəkəni (Berat Albayrak) enerji və təbii qaynaqlar naziri olan Ərdoğanın bu kürəkənini də gələcəkdə milli müdafiə naziri postuna gətirəcəyi ilə bağlı fikirlər paylaşıblar.