XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 13:35

Azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı –Gürcüstanda

Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.

L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub:

“Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhələdə döl fizioloji şərtlərə uyğundur”.

Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb. /Report