XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2016 - 10:23

Səudiyyə generalı:“İranla dinc, yanaşı yaşamaq istəyirik”

Suudi Arabistan'dan 'kırmızı çizgi' açıklaması

 

 

“Keçirdiyimiz “Şimalın göy gurultusu” hərbi təlimi İrana qarşı deyil. Təlim, iştirakçı dövlətlər arasındakı ünsiyyəti möhkəmləndirmək və döyüşə hazırlıq qabiliyyətini ən yüksək səviyyəyə çıxarmaq məqsədi daşıyır”.

Strateq.az xəbər verir ki, bu sözləri “Şimalın göy gurultusu” hərbi təlimə rəhbərlik edən ərəbistanlı general Asiri deyib.

Qeyd edək ki, dünyanın indiyə qədər keçirilmiş ən böyük hərbi manevri adını qazanan “Şimalın göy gurultusu”na 20 müsəlman ölkənin orduları qatılıb. İştirakçıların hamısının sünni dövlətlərdən ibarət olması və təlimin Səudiyyə Ərəbistanın şimalında – ağır məzhəb müharibəsinin getdiyi Suriya sərhədləri yaxınlığında  keçirilməsi, istər-istəməz, belə təəssürat yaradır ki, məqsəd şiə ittifaqına göz dağı verməkdir. Yuxarıda sitat gətirdiyimiz sözlərlə öz aləmində həmin iddianı təkzib edən general, buna baxmayaraq, İranın “bostanına daş atmaqdan” da özünü saxlaya bilməyib:

"Hədəflərimizin başında İŞİD dayanır. İŞİD-lə mübarizə üçün 62 dövlətdən ibarət beynəlxalq koalisiya var. Səudiyyə Ərəbistanı və bölgə ölkələri də öz təhlükəsizliklərini və sərhədlərini qorumaq üçün bütün tədbirləri görürlər. Bu onların ən təbii haqlarıdır. Əgər İran bundan özünə hər hansı bir mesaj çıxarmaq istəyirsə, bu da onun haqqıdır ".

Asiri körfəz ölkələrinin İran təhdidi qarşısında atacağı addımlarla bağlı fikirlərini də dilə gətirib:

"Silahlı vətəndaşlar vasitəsilə hərəkət mexanizmini ilk icad edən İrandır. Livanda Hizbullah, Yəməndə Husilər, Suriya və İraqda fərqli partizan qruplar ona bağlıdır. Bu da bölgə ölkələrinin daxili işlərinə, bir növ, açıq-aşkar müdaxilədir. Körfəz ölkələri İranı qonşu kimi qəbul edirlər. Beynəlxalq hüquq normaları, ölkələrin suverenlik hüquqları və daxili işlərinə müdaxilə edilməməsi çərçivəsində İran ilə birlikdə yaşamağı hər kəs tələb edir”.

Asiri manevrinin bölgədə ola biləcək hər hansı ssenariyə hazırlıq xarakteri daşıyıb-daşımadığı ilə əlaqədar sualı cavablandırarkən deyib:

"Bölgədə vəziyyətlər yaxşı deyil. Terror təşkilatları, təcavüzkar təbiətli dövlətlər, xarici müdaxilələr, beynəlxalq maraqların kəsişməsi kimi regional təhlükəsizliyi və sabitliyi sarsıdan bir çox amillər var. Səudiyyə Ərəbistanı başda olmaqla bölgədəki ölkələrin hər hansı bir təhdidə qarşı mübarizə apara bilməsi üçün bütün ssenariləri göz önündə tutması lazımdır. Səudiyyə Ərəbistanı daxili və xarici terror təhdidlərinə məruz qalır və onun da xüsusilə bölgədə vəziyyətin yaxşı olmadığı indiki dövrdə bu təhdidlərə qarşı mübarizə aparmaq üçün hazır olması təbiidir. "

Sülh istəyən ölkələri təhlükəsizlik və sabitliyin bərqərar olması üçün əməkdaşlığa səsləyən Asiriyə görə, bütün hərbi koalisiyalar zərurətdən doğur və müxtəlif əməliyyatlar keçirir: “Biz də “Şimalın göy gurultusu”yla, bir növ, belə bir əməliyyatın təlimini keçiririk”.

Asiri ərəb və islam ölkələrindən 20 dövlətin iştirak etdiyi manevrin cümə axşamı günü sona çatacağını bildirib..