XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 10:56

Ötən gün karantin qaydalarını pozmuş 1503 nəfər cəzalandırılıb –Dövlət Yol Polis İdarəsi

Ötən gün respublikanın avtomobil yollarında karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.