XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 13:02

DSX-dən əməliyyat:narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dan verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları  tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.