XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 20:22

“Ferrari” sürən azərbaycanlı Çexiyada saxlanıldı

Azadlıq radiosu çexiyada dərc olunan qəzetlərə istinadən bildirir ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi «Ferrari» avtomobilini saxlayıb.

Bu da bildirilir ki, polis maşını saxlayanda sürcünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.

Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.

Yoxlama zamanı sürücünün içkili olduğunu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş. Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.

AzadlıqRadiosu 22 yaşlı sürücünün kimliyini dəqiqləşdirməyə çalışır.

«Ferrari»nin bu modeli 150-170 min dollar civarındadır.

Məlumat üçün bildirək ki, çexiya “çirkli pullar”ın yuyulduğu əsas ölkələrdən sayılır və bu ölkədə xeyli azərbaycanlı məmurun geniş biznesi var.