XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 16:23

Qaçaqmalçılıq cinayətlərinə dair cərimə və cəzalar dəyişir

Qaçaqmalçılıq cinayətlərinə dair cərimə və cəzalar dəyişir.

Bu, Məcəlləsinə təklif edilən və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda (keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ) keçirilməsi beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların xeyli (50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ) miqdarda keçirilməsi cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 3  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinə təklif edilən 206.1-1 və 206.1-2-ci maddələr isə bu əməllərin külli miqdarda (200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ) və xüsusilə külli miqdarda (500 min manatdan yuxarı olan məbləğ) törədilməsi ilə bağlıdır. Beləliklə, təklif edilən 206.1-1-ci maddəyə əsasən, qaçaqmalçılıq əməlləri külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə edilməklə 2 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq olunacaq. 206.1-2-ci maddəyə əsasən isə, həmin əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 60 faizindən 80 faizinədək miqdarında cərimə və cinayətin predmetinin dəyərinin 60 faizindən 80 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. (apa)