XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 18:59

Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı –Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru

“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, digər tədbirlər görüləcək”.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, son günlərdə təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub:

“Gün ərzində dünyasını dəyişənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son 8 gün ərzində 3 kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər 3 kodundan istifadə edə bilmirlər”. (report)