XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2015 - 20:24

Türkiyə Suriyanın hərbi təyyarəsini vurdu

Türkiyə hərbçiləri sərhəddi pozan bir Suriya hərbi hava nəqliyyatı vasitəsini vurub. Nəqliyyat vasitəsinin nə olduğu barədə müxtəlif fikirlər var. Qardaş ölkənin rəsmiləri onun vertolyot olduğunu iddia edirlər. Suriyanın dövlət televiziyası isə iddia ilə razılaşmır, zərərsizləşdirilən hava nəqliyyatının pilotsuz təyyarə olduğunu bildirir.

Qeyd edək ki, Türkiyə tərəfindən bu iddianı ilk dəfə Müdafiə naziri irəli sürmüşdü. Bu açıqlamanın ardından NTV televiziyasına müsahibə verən Baş nazir Əhməd Davudoğlu da onun fikirlərini təsdiqləyib, vertolyotun iki raketlə vurulduğunu deyib. Şahidlərin bildirdiyinə görə, vurularkən üç hissəyə bölünən vertolyotun qalıqları Suriya tərəfə düşüb.

Vurulan nədir?

Baş nazir və Müdafiə nazirinin iddialarının nə qədər dəqiq olduğu, hələ ki, bilinmir. Zira Türkiyənin “Hürriyyet” qəzetinə açıqlama verən ordu yetkililərindən birinin sözləri hava nəqliyyatının növü barədə müəmmaya yol açır. Ordu mənsubu vurulan nəsnənin növünün hələ aydınlaşmadığını söyləyərək deyib: “Hal-hazırda bölgədə incələmələr davam edir. Vurulan nəqliyyatın təyyarəmi, vertolyotmu, yoxsa başqa uçan obyektmi olduğu bu araşdırmalardan sonra konkretləşdiriləcək”.

Türkiyə Suriya təyyarələrinə qarşı niyə belə amansızdır?

Məlumat üçün bildirək ki, Türkiyənin Suriya təyyarələrinə belə amansız davranmasının səbəbi var. 2012-ci ildə qardaş ölkənin F4 tipli hərbi təyyarəsi Suriya tərəfindən vurulmuşdu. Buna cavab olaraq, Türkiyə də öz qonşusunun təyyarələrinə münasibətini dəymiş, sərhəddi keçən hər hansı hava nəqliyyatını xəbərdarlıq etmədən vuracağını bəyan etmişdi.

Bu qərar dəyişikliyi çərçivəsində indiyə qədər Suriyanın 2 hərbi hava nəqliyyatı vasitəsi zərərsizləşdirilmişdi. İlk dəfə 2013-cü ildə bir vertolyotu nişan alan Türkiyə təyyarələri 2014-cü ildə bir MİQ-23 tipli hərbi təyyarəni də vurmuşdu.

Son hadisə isə bu istiqamətdə atılan üçüncü addımdır.

Heydər Oğuz

Strateq.az