XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 21:21

Lukaşenko:"Belarusda koronavirusdan heç kim ölməyib, ölməyəcək də"

“Belarusda koronavirusdan heç kim ölməyib, ölməyəcək də”.

Strateq.az xəbər verir ki, bu bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib. Maraqlıdır ki, Lukaşenko bu bəyanatı ölkəsində 29 nəfərin koronavirusdan ölməsi fonunda verib.

Belarus lideri hesab edir ki, həmin adamlar başqa xəstəliklərə görə həyatlarını itiriblər: “COVID-19 diaqnozu qoyulan və nəticədə dünyasını dəyişən belaruslar koronavirusdan deyil, keçirdikləri bir sıra xroniki xəstəliklərdən – şəkər, ürək-damar, tənəffüs xəstəliklərindən və ağciyər çatışmazlığından ölüblər”.

Lukaşenko həmçinin bildirib ki, Belarus Çin, ABŞ və Avropa təcrübəsinə nəzər yetirərək necə işləməli olduğunu görür və insanları xilas etmək üçün uyğun dərmanları tapır. Prezidentin sözlərinə görə, xəstə təslim olmasa, mütləq sağalacaq.

Belarus Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, aprelin 13-də ölkədə koronavirus infeksiyası olan 29 nəfər ölüb və yoluxanların ümumi sayı bir neçə yüz həkim daxil olmaqla 3 minə çatıb.

Belarus karantin tədbirlərinin tətbiq olunmadığı və futbol çempionatı kimi, kütləvi tədbirlərin dayandırılmadığı bir neçə Avropa dövlətindən biri olaraq qalır.

Ümumdünya Səhiyyə Təşkilatı Belarus hakimiyyətinə xəstə axınına hazırlaşmağı və 9 mayda keçiriləcək hərbi parad da daxil olmaqla bütün ictimai tədbirləri ləğv etməyi tövsiyə edib.

Buna cavab olaraq Belarus Müdafiə Nazirliyi paradın ləğvi və ya təxirə salınma ehtimalını düşünmədiklərini deyib.

Ölkənin səhiyyə naziri Vladimir Karanik isə bildirib ki, Belarusda geniş karantin tədbirləri tətbiq edilməməlidir. Çünki bu, xəstəliyin aradan qaldırılmasına səbəb olmayacaq.

Strateq.az