XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 11:23

Bir gündə 100-dən çox tibb işçisi koronavirusa yoluxub –Qazaxıstanda

Qazaxıstanın keçmiş paytaxtı Almatıda son sutkada koronavirusa yoluxan 174 nəfərdən 116-sı tibb işçisidir.

Bunu Almatı şəhər İctimai səhiyyə idarəsinin rəhbəri Tleuxan Abildayev bildirib.

Onun sözlərinə görə, şəhərdə koronavirusa 346 yoluxma halı qeydə alınıb. T.Abildayev deyib ki, tibbi işçiləri arasında 30-dan artıq yoluxma hadisəsi aşkarlandığından aprelin 13-dən Almatı Şəhər Mərkəz Klinik Xəstəxanası karantinə bağlanıb.

Xatırladaq ki, Qazaxıstanda koronavirusdan 1 179 yoluxma və 14 ölüm hadisəsi qeydə alınıb. Qazaxıstanda aprelin sonunadək fövqəladə vəziyyət rejimidir/Report.