XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 17:44

Almaniyada qaçqın kampında iki azərbaycanlı koronavirusa yoluxub –Təfərrüat

Almaniyanın Bavariya əyalətindəki qaçqın düşərgələrində koronavirusa görə sığınacaq axtaranlardan götürülən test nümunələrindən 6-sı pozitiv çıxıb.

Məlumatda deyilir ki, onların ikisi 2015-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən azərbaycanlı ailənin üzvləridir. Koronavirusa yoluxan şəxslər Münhen şəhərində yerləşən hospitala yerləşdiriliblər.

33 mindən çox insanın koronavirusa yoluxduğu, 834 nəfərin həyatını itirdiyi Almaniyanın Bavariya əyalətində qaçqın düşərgələrinin köçürülməsi müzakirə olunur. Ötən gün aralarında Azərbaycandan olan sığınacaq axtaranların da olduğu qaçqın düşərgələri və deportasiya mərkəzlərini ziyarət edən həkimlərdən ibarət xüsusi qrupun hazırladığı hesabatda yaşayış yerlərində sıxlıq, çox yataqlı otaqlar, tualet, duş və mətbəxdən ortaq istifadəyə görə koronavirusa yoluxma riskinin yüksək olduğu bildirilib, qaçqınların kiçik yaşayış məntəqələrinə yerləşdirilməsi tövsiyyə olunub.

Bavariya əyalət hökuməti isə düşərgə və deportasiya mərkəzlərindəki ailələrin Münhen şəhəri yaxınlığındakı keçmiş radio zavodun yataqxanasına köçürmək istəyir. Bu məqsədlə artıq sözügedən ərazidə ailələrin qalması üçün şəraitin yaxşılaşdırılması ilə bağlı layihə hazırlanıb.

Düşərgə və deportasiya mərkəzlərinin olduğu və 30 min insanın yaşadığı Yuxarı Bavariyada Pasxa bayramından sonra daha 104 nəfər koronavirusa yoluxub. Əyalət boyunca tətbiq olunan komendat saatının isə aprelin 19-dan sonra uzadılması gözlənilir/Report.