XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 20:43

Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir –VİDEO

2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir. 

Strateq.az xəbər verir ki, Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini nəzarətə götürən Əlahihiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir.

Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərini yerinə yetirməsinə stimul verir.

Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğalına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol, elektrik və suvarma xətləri də çəkilib.