XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 21:32

Avropa İttifaqı büdcəsində qalan vəsaiti pandemiya ilə mübarizəyə ayıracaq- Açıqlama

Avropa İttifaqı 2020-ci il büdcəsində qalan pulların demək olar ki, hamısını pandemiya və onun nəticələri ilə mübarizəyə ayırmaq qərarına gəlib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

“Avropa İttifaqı büdcəsində qalan pulların demək olar ki, hamısını pandemiya ilə mübarizəyə ayıracaq. Bu gün Şura COVID-19 böhranına reaksiya üçün vəsait ayırmaq məqsədilə Avropa İttifaqının 2020-ci il büdcəsini dəyişəcək iki təklifi yazılı şəkildə qəbul edib”, – deyə qurumun bəyanatında bildirilir.

Sənədə əsasən, dəyişikliklər nəzərə alınmaqla xərclərin həcmi 3,57 milyard avro artırılaraq 172,2 milyard avroya, büdcənin gəliri isə 1,6 milyard avro artırılaraq ümumilikdə 155,2 milyard avroya çatdırılıb. “Bu düzəlişlər sayəsində Avropa İttifaqı demək olar ki, cari ilin büdcəsində qalan pulun hamısını – 3,1 milyard avronu pandemiya ilə mübarizəyə ayırıb”, – deyə Şura qeyd edib.

Büdcədə qalan təxminən 450 milyon dollar isə miqrasiya böhranını aradan qaldırmaq üçün Yunanıstana və zəlzələdən sonra bərpa işləri üçün Albaniyaya göstəriləcək yardıma sərf olunacaq.