XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 11:19

İran tibbi məhsulların ixracını qadağan etdi –Qərar

İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib.

Bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.

Onun sözləinrə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: “Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı oluduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.

Qeyd edək ki, aprelin 14-inə olan məlumata əsasən, İranda 74 877 nəfər koronavirusa yoluxub, 4 683 nəfər isə virusun qurbanı olub. /Report