XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 17:32

Operativ Qərargah:"Karantin rejiminin aradan qaldırlması istiqamətində tədbirlər planı hazırlanır"

“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: “Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.