XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 12:40

Bakıda yol qəzası:maşın qadın müğənnini öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.

Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi “Opel” markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.