XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 17:52

Prezidentin köməkçisi:"Naxçıvanla Bakı arasında uçuşlar vəziyyətdən asılıdır"

“Karantin müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumların rəy və təklifləri təhlil edilir. Ölkənin sanitar epidemioloji vəziyyəti müzakirə olunur. Bu əsasda karantin müddətinin davam etməsi barədə qərar qəbul olunsa, ictimaiyyətə geniş məlumat veriləcək”.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu prosesdə dünyadakı vəziyyət də nəzərə alınacaq.

Prezidentin köməkçisi bildirib ki, Naxçıvan və Bakı arasında uçuşların bərpası məsələsinə də baxıla bilər/Report.