XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 15:41

“Gizli çəkilən video və foto materiallarla məni şantaj edirlər” –Məhkəmə sədrindən nazirə şok ittihamlar

Papauşvili

"Gizli çəkilən video və foto materiallarla məni şantaj edirlər".

Bunu Gürcüstan KİV-lərinə ölkənin Konstitusiya Məhkəməsinin sədri Georgi Papauşvili bildirib.

Sədr hədələyici videomateriallarda intim həyatı ilə bağlı kadrların olmadığını, fotolardan isə məlumatsız olduğunu söyləyib.

"İtaətsiz strukturun itaətsiz sədri olduğum üçün Teya Tsulukiani (Gürcüstanın ədliyyə naziri) mənim bu vəzifədə olmağımı qəbul edə bilmir. İndi bu dırnaqarası çəkilişlərin səbəbi aydın olub. Videomateriallar isə sərxoş vəziyyətdə olanda guya özümü apara bilməməyim haqdadır. Bunun intim həyatla əlaqəsi yoxdur. Fotolardan isə xəbərsizəm. Çox güman ki, elə təhlükəli nə isə yoxdur", – deyə, G.Papauşvili vurğulayıb.

Report