XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 21:49

Amiran Qamkrelidze:"Gürcüstanda yoluxma hallarının kəskin artma təhlükəsi var"

“Gürcüstanda koronavirusa yoluxmuş şəxslərin bir hissəsi müəyyən edilməyib”.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkədə yoluxma hallarının kəskin artımının baş vermə təhlükəsi var: “Buna görə də vətəndaşlar evdə qalmalı və sosial məsafə saxlamalıdırlar”.

Qeyd edək ki, indiyədək qonşu ölkədə 340 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 76-sı sağalıb, 3-ü isə ölüb/Report.