XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2015 - 06:48

ABŞ Prezidenti ailəsinin sərvəti açıqlandı: 6,9 milyon dollar

Obama_1.jpg

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın sərvəti 6,9 milyon dollar təşkil edir. Son bir ildə onun sərvəti demək olar ki, dəyişməz qalıb. Cümə günü ABŞ Prezidenti və həyat yoldaşının 2014-cü il üçün maliyyə hesabatı açıqlanıb. Bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

ABŞ vitse-prezidenti Cozef Bayden və həyat yoladşı da maliyyə hesabatı veriblər. Onlar öz sərvətlərini 227 min dollardan 1.1 milyon dollara qədər qiymtləndiriblər.

Bundan əvvəl ABŞ prezidenti və həyat yoldaşı öz vergi deklarasiyaları barədə məlumat vermişdilər. Məlum olmuşdu ki, onların ümumi gəliri 477 min dollar olub. Qeyd olunurdu ki, bu gəlirlədən 93 min dollar vergi ödənib, 71 min dollar isə xeyriyyəçilik işəri üçün sərf olunub.

Obama ailəsi ABŞ Maliyyə Nazirliyinin Borc istiqrazalrına investisiya yatirmağa üstünlük verib. Bununla yanaşı ailənin JPMorgan Chase bankında cari hesabı var. Bu hesabda 50-100 min dollar saxlanılır. Northern Trust bankındakı hesaba isə 15 min dollar qoyulub.

Strateq.az