XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2016 - 16:16

Avropa İttifaqı ilə Türkiyə arasında ilkin razılaşma rüşvətlə görülən işə bənzəyir” –Politoloq

elxan-sahinoglu-esas

"Doğrusu Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı əldə olunan ilkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir".

Strateq.az xəbər verir ki, bunu ötən gün Avropa Birliyi ilə Türkiyə arasınnda aparılan və əldə olunan ilkin razılaşmalara münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyə hakimiyyətindən xahiş edir ki, miqrantları Avropaya buraxmasın, öz ölkəsində saxlasın:

"Hətta Türkiyəyə deyirlər ki, avropadakı qaçqınların bir hissəsini yenidən qəbul etsin, bunun müqabilində isə Brüssel Ankaraya aşağıdakı şəkildə "hörmət" edəcək:

1. 2018-ci ilə qədər qədər Türkiyəyə 3 milyard dollar veriləcək;

2. Vizalar ortadan qaldırılacaq;

3. Türkiyənin Avropa İttifaqına üzvlüyü sürətləndiriləcək.

Belə çıxır ki, Suriya böhranı olmasaydı və miqrantlar Avropaya axın etməsəydi, Brüssel Türkiyə ilə əlaqələrini inkişaf etdirməyəcəkdi. Bunun üçün mütləq gərək hardasa vətəndaş müharibəsi olmalıydı".

Politoloq bildirib ki, o,əldə olunan razılaşmanın yerinə yetiriləcəyinə də şübhə edir:

"Çünki, birincisi, daxili prosedura görə, Avropa İttifaqının bütün dövlətləri və parlamentləri Brüsselin Ankara ilə əldə etdiyi razılaşmaya yaşıl işıq yandırmalıdır. Bunu isə həyata keçirmək həm siyasi, həm də texniki nöqteyi-nəzərdə problematikdir. İkincisi, Avropa İttifaqı verdiyi vədləri adətən ya yerinə yetirmir, ya da ki, bürokratik əngəllər səbəbindən uzadır. Belə olan halda Türkiyə də haqlı olaraq üzərinə düşəni etməyəcək".