XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2016 - 16:54

Prezident İlham Əliyev keçmiş prezidenti və direktoru qəbul etdi –Müzakirə (FOTO)

ilham-nizami-

Prezident İlham Əliyev bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti, xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb.

Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirildi. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb.

Söhbət zamanı qonaqlar qeyd etdilər ki, Forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.