XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 17:13

Məhbus sayına görəAzərbaycan Avropda 4-cüdür

turme1

Rusiya adambaşına düşən qadın məhbusların sayına görə Avropada ikinci yeri tutur. Bu barədə Avropa Şurasının hesabatında qeyd olunur.

Strateq.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki,  Avropa Şurasının hesabatında Rusiyada 2014-cü ildə 671 min nəfərdən çox məhbus qeydə alındığı bildirilir. Bunlardan 114 min nəfəri ilkin istintaq dövründə həbs olunanalar təşkil edib:  “2005-ci ildən etibarən əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayı 20% (574 mindən 467 minə qədər) azalıb. Amma yenə,  bu göstərici Avropa Şurası üzvü ölkələri üçün orta göstəricidən 4 dəfə çoxdur. Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir”.

Rusiyadan sonra əhalinin hər 100 min nəfrinə düşən məhbusların sayına görə, 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna gəlir.

Rusiya qadın məhbusların sayına  görə, Finlandiyadan sonra ikinci yerdədir.

2014-cü ildə ölümlə nəticələnən cinayət əməlinə görə həbs olunanların sayına görə ikinci yerir tutur. Birinci yerdə isə Albaniya gəlir.

Strateq.az