XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 17:49

İcra başçısı zabiti məhkəməyə verdi –Şərəf və ləyaqət davası (FOTO-SƏNƏDLƏR)

raqub-vasif-zabit

Ağdamın icra başçısı Raqub Məmmədov Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, rayon sakini Vasif Eyvazovu məhkəməyə verib.

Strateq.az xəbər verir ki, icra başçısı belə bir iddianı rəhbərlik etdiyi rayonun məhkəməsində qaldırıb:

"İcra başçısı mülki qaydada qaldırdığı iddia ərizəsində ehtiyatda olan zabitdən 50 min manat təzminat, təkzib və qəribə görünsə də, İcra Hakimiyyətinin kollektivinin qarşısında üzrxahlıq tələb edib. Səbəb isə zabitin qanunla nəzərdə tutulan imtiyazları (mənzil və sair güzəştlər) ilə bağlı müxtəlif aidiyyatı qurumların rəhbərlərinə və mətbuata etdiyi şikayətlərdə icra başçısına qarşı bir sıra ittihamlar səsləndirməsi olub. Raqub Məmmədov hesab edir ki, zabit bu ittihamlarla onun şərəf və ləyaqətini ləkələyib…".

Strateq.az-ın xəbərinə görə, Raqub Məmmədov ehtiyatda olan zabitə qarşı iddianı İcra Hakimiyyətinin rəsmi blankında hüququ şəxs qismində "İcra başçısı" kimi qaldırıb: "Artıq onun şikayət ərizəsi icraata qəbul edilib. Yəqin ki, yaxın günlərdə prosesə start veriləcək…".